2200 illik yaşayış məskəni - xəzinələrlə dolu

09:40 21.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çexiyanın tarixi bölgəsi olan Bohemiyada əvvəllər məlum olmayan Kelt yaşayış məskəni aşkar edilib.

Bu barədə "Live Science" məlumat yayıb. Bildirilib ki, qazıntılar zamanı bir neçə yüz qızıl və gümüş sikkə, o cümlədən 1 000-dən çox zərgərlik məmulatı tapılıb.

25 hektar ərazini əhatə edən böyük və qədim yaşayış məskəni magistral yol tikintisi zamanı üzə çıxıb. Arxeoloqlar 2 200 illik Kelt yaşayış məskənində qədim xəzinə, o cümlədən kəhrəba və nəfis saxsı qablar aşkar ediblər.