Yazını böyüt
Yazını kiçilt
Cənubi Koreyada yayımlanan və mübahisələrə səbəb olan "Qardelen" serialının aktrisası, model Kim Min-Su vəfat edib.
Hafta.az axşam.az-a istinadən xəbər verir ki, ulduz ötən gün 31 yaşında qəfildən dünyasını dəyişib. Kimin hansı şəbədən öldüyü açıqlanmayıb.
Qeyd edək ki, aktrisa "Yuminin qəfəsləri", "Tibb bacısı", "Salam ana" kimi məşhur seriallarda rol alıb. O, eyni zamanda məşhur "Hellbound" serialında da rol alıb.
Kimin rol aldığı və hazırda yayımlanan, dram janrındakı "Qardelen" adlı ekran işi isə davamlı olaraq tarixi həqiqətlərin saxta şəkildə gənc nəslə təqdim olunmasına görə, problemlərlə qarşılaşır. Bir neçə dəfə serial rəsmi şikayət olunsa da, müvafiq qurumlar yayımı əngəlləməyib.