Ulduzlar “Pulp Fiction”un 30-cu ildönümü üçün bir araya gələrkən onlardan biri digərlərindən fərqli olaraq parladı.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, 53 yaşlı Uma Turman gənc görünüşü ilə diqqət çəkdiyi halda, gözəllik sirləri də maraq mövzusuna çevrilib.
70 yaşlı həmkarı Con Travolta ilə poza verən Turman 1994-cü ildə çəkilmiş “Quentin Tarantino” filmində canlandırdığı obraza istinad edərək, "Mia Wallace yaşlanmadı" kimi şərh edilib.
Bu rola görə "Ən yaxşı ikinci plan qadın rolu" nominasiyasında "Oskar"a namizəd olan Turmanın yanında Samuel L.Cekson, Harvey Keytel və Rozanna Arquette kimi özündən yaşca böyük olan digər kino ulduzlarının da olması onu daha gənc göstərib. Amma bununla belə, Turmanın yaşıdları ilə müqayisədə gənc göründüyü sirr deyil.
Yaxşı, Hollivud ulduzu bu gözəlliyi nəyə borcludur? 2018-ci ildə ona bu sualı verəndə cavab gözlənildiyi kimi olmayıb: "İstifadə etdiyim kremi çəkirəm. Heç vaxt yuxuma korluq vermirəm, elə yeməyimə də. Bir az əvvəl naharda pizza yedim".
Hətta bundan əvvəl Turman "süd vannaları" qəbul etdiyini və makiyajdan sonra üzünə “Evian” suyu çilədiyini etiraf edib.