7-ci dəfə ata olan Robert De Niro sevgilisi ilə görüntüləndi

13:00 24.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Robert De Niro və sevgilisi Tayffani Çen, qızları doğulandan bir neçə həftə sonra Kann Film Festivalında əyləncə gecəsində görüntülənib.

Hafta.az-ın İndependent-ə istinadən yazdığına görə, ikili tünd rəngli geyimləri ilə diqqət çəkib. 79 yaşlı “Meet the Fockers”in ulduzu qara klassik kostyum geyinib, Çen isə aviator üslublu gün eynəyi ilə tamamilə qara rəngli geyimə üstünlük verib.

Aktyor hər il keçirilən film festivalında 9 dəqiqəlik sürəkli alqışlarla qarşılanan son layihəsi “Killers of the Flower Moon”un premyerası üçün artıq Kanndadır.

Rejissoru Martin Skorseze olan və Leonardo Di Kaprionun baş rolu oynadığı film 1920-ci illərin əvvəllərində Oklahoma ştatının Osage County-də Osage xalqının qətlindən bəhs edir.

Əvvəlki həftələrdə De Niro gözlənilmədən 7-ci dəfə ata olduğunu açıqlamışdı.

“CBS Mornings” uşağın aprelin 6-da doğulduğunu və onun tam adının Gaya Vircinia Çen-de Niro olduğunu açıqlayıb.

Ulduz sənətçi Amerikanın “Page Six” nəşrinə hamiləliyin planlı olduğunu bildirib.

Bildirək ki, De Nironun əvvəlki partnyorlarından daha 6 uşağı var. De Niro və birinci həyat yoldaşı, amerikalı aktrisa Dayana Abbott, 51 yaşlı qızları Drena və 46 yaşlı oğlu Rafaelin valideynləridir. Cütlük 1976-1988-ci illərdə evli olublar.

1995-ci ildə o, keçmiş sevgilisi, model Tukay Smitlə hazırda 27 yaşı olan əkiz Culian və Aaronu dünyaya gətirib.

Həmçinin, De Nironun keçmiş həyat yoldaşı Qreys Haytauerdən Elliot adlı 25 yaşlı oğlu və Helen adlı 11 yaşlı qızı var.

Oxunma sayı 157