83 yaşlı Al Paçino və sevgilisi 29 yaşlı Nur Alfallah körpələrini qucağına aldıqdan cəmi üç ay sonra ayrılıblar.
Hafta.az-ın “Daily Mail”a istinadən yazdığına görə, Alfallah, Roman Alfallah Paçino adını qoyduqları körpənin fiziki himayəsini tələb etmək üçün məhkəməyə müraciət edərək, 83 yaşlı aktyorun "məqbul ziyarət hüquqlarına sahib olmasını istədiyini" əlavə edib.
Məlumata görə, Alfallah məhkəmə sənədlərində Paçinodan vəkillik haqqı və işlə bağlı digər xərcləri ödəməyi tələb edir. Məhkəmə materialında alimentin konkret məbləği göstərilməyib.
Paçino və Alfallah 2022-ci ilin aprelindən birlikdə olublar və oğullarını iyunun 6-da Los-Ancelesdəki “Cedars Sinai” Xəstəxanasında dünyaya gətiriblər.
“Scarface” kült filminin baş aktyorunun iki fərqli qadından üç övladı doğulub. Paçino və aktrisa Beverli Dancelonun Oliviya və Anton Ceyms adlı 22 yaşında əkiz uşaqları, həmçinin məşhur aktrisa və Yan Tarrantın 33 yaşlı Culi Paçino adlı qızı var.
Paçino 2014-cü ildə “The New Yorker” jurnalına verdiyi müsahibədə atalıq haqqında danışmışdı: “Mən onlara cavabdehəm. Onların həyatının bir parçasıyam”.
Alfallah bundan əvvəl əfsanəvi rok qrupunun 80 yaşlı məşhur solisti Mik Caqqer və 62 yaşlı milyarder Nikolas Berqruenlə də görüşmüşdü.
29 yaşlı Alfallah 2019-cu ildə 93 yaşlı Clint Eastvudla görüntülənib, lakin onların sadəcə ailə dostu olduqlarını deyib.
2022-ci ilin aprelində “Page Six”ə danışan bir mənbə Alfallahın Paçino ilə yaş fərqinin "problem olmadığını" söyləyib və əlavə edib ki, Küveyt əsilli amerikalı rejissor "əsasən çox varlı və yaşlı kişilərlə yaşayır".