İtaliyalı aktyor Al Paçino sevgilisi, 29 yaşlı Nur Əlfallahın "çox xüsusi" hamiləliyindən söz açıb. “Xaç atası” serialının 83 yaşlı ulduzu keçən həftə 4-cü övladını gözlədiyi açıqlanandan sonra ilk dəfə danışıb.
Hafta.az-ın "Daily Mail"a istinadən yazdığına görə, məşhur aktyor "Bu, çox xüsusi bir şeydir. Həmişə belə olub. Çoxlu övladım var. Amma bu yaşda yenidən ata olmaq həqiqətən xüsusidir" deyib. Paçino əlavə edib ki, körpənin cinsini hələ bilmir.
Bildirək ki, TMZ ilk dəfə ötən həftə cütlük haqqında xəbər yayıb və Paçinonun meneceri Stan Rosenfield də bunu təsdiqləyib.
Günün əvvəlində "People" ilə danışan bir mənbə, Paçinonun yenidən ata olacağı üçün "həyacanlı" olduğunu söyləyib və deyib: "Al Paçino ata olmağı sevir... Valideyn olmaq həmişə onun həyatının vacib hissəsi olub".
Hazırda Paçino Yan Tarrantla 33 yaşlı qızı Julie Marie və aktrisa Beverli D'Anjelonun, eləcə də 22 yaşlı əkizləri Anton və Oliviyanın atasıdır.
Məlumatlara görə, pandemiyadan bəri birlikdə olan Paçino-Alfallah cütlüyü münasibətlərini əsasən gizli saxlayıblar. Cütlük ilk dəfə 2022-ci ilin aprelində bir şam yeməyində ictimaiyyət qarşısında birlikdə görünüb. Cütlüyün körpə gözlədiyi xəbərindən əvvəl Paçinonun 79 yaşlı həmkarı Robert De Niro da 7-ci uşağının dünyaya gəldiyini açıqlamışdı. De Niro və ortağı Tiffani Çen körpə qızlarına Gia Virciniya Çen-De Niro adını veriblər.