90-cı illərin məşhur qrupu geri qayıdır

10:24 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türk pop musiqisinin unudulmaz qruplarından olan İzel Çelik Ercan geri qayıdır.

Hafta.az türk mətbuatına istinadla xəbər verir ki, 90-cı illərin fenomen qrupu İzel Çelik Ercan 31 ildən sonra geri dönür.

Üç musiqiçi yenidən birləşməyə qərar veriblər. Üçlük illər sonra ilk dəfə avqustun 25-də birlikdə çıxış edəcək.

Xatırladaq ki, 1991-ci ildə üç universitet dostu İzel, Çelik və Ercan tərəfindən qurulan qrup “Özledim” albomu ilə qısa zamanda populyarlıq qazanıb. Albom satış rekordları qırdıqdan sonra trio çoxsaylı konsertlər verib. Onların “Darıxmışam” və “Sən qayıtmalısan” kimi mahnıları hit-paradlarda birinci olub.

Daha sonra qrup üzvləri ayrı-ayrılıqda musiqi karyeralarını davam etdirmək qərarına gəliblər.

İllərdir həmişə pərəstişkarları ilə bir araya gəlmək istəyən İzel Çelik Ercan avqustun 25-də Kuruçeşme Açıq Səhnədə konsertlərinə başlayacaq.

Oxunma sayı 129