İşin distant olması əməkhaqqına təsir edə bilərmi?

13:26 22.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Distant işdə əməkhaqqının formalaşdırılması ilə bağlı hər hansı ayrıca qayda yoxdur".

Hafta.az xəbər verir ki, bunu Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, əməkhaqqının verilməsi qanunvericilikdə tənzimlənir, işin distant olmasının məsələyə təsiri yoxdur.