İtaliya parlamentinin nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib

12:56 07.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Deputatlar Palatasının və Senatın nümayəndə heyəti dekabrın 7-də Şəhidlər xiyabanını ziyarət edib.

Hafta.az xəbər verir ki, nümayəndə heyəti ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə güllər düzüblər.

Nümayəndə heyətinin üzvlərinə Şəhidlər xiyabanının tarixi və Bakıda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Siyasət rubrikasından digər xəbərlər