“ABŞ-ın Çinə qarşı nüvə sınağı ittihamları tamamilə əsassızdır” – Lin Jian

15:43 12.02.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“ABŞ-ın Çinə qarşı nüvə sınaq partlayışları keçirməkdə ittihamları tamamilə əsassızdır”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian mətbuat üçün keçirdiyi brifinqdə sualalrı cavablandırarkən deyib. O bildirib ki, Pekin ABŞ-ın öz nüvə sınaqlarını bərpa etmək üçün bəhanələr uydurmasına qarşıdır.

Sözçü qeyd edib ki, ABŞ Çinin nüvə siyasətini təhrif etməyə və ləkələməyə davam edir. Əslində isə ABŞ nüvə hegemonluğuna nail olmaq və nüvə tərksilahı öhdəliklərindən yayınmaq məqsədi daşıyan siyasi manipulyasiyalarla məşğuldur.

"Çin buna qəti şəkildə qarşıdır", - Lin Jian bildirib, ABŞ-ın beynəlxalq nüvə nizamının və qlobal strateji sabitliyin pozulmasının əsas mənbəyi olduğunu vurğulayıb.

O, xatırladıb ki, məhz ABŞ tərəfinin güzəştə getməsi ilə Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti bitib. Bu, böyük ölkələr arasında qarşılıqlı etimadı ciddi şəkildə sarsıdıb və qlobal strateji sabitliyə zərbə vurub.

“Çin ABŞ-ı nüvə silahına malik beş dövlətin nüvə sınaqlarına moratorium qoymaq öhdəliyini bir daha təsdiqləməyə, nüvə sınaqlarının qadağan edilməsi ilə bağlı qlobal konsensusa riayət etməyə və beynəlxalq nüvə tərksilahı və yayılmaması sistemini əməli hərəkətlərlə qorumağa çağırır”, - deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü əlavə edib.

"Çin dinc inkişaf yolunu qətiyyətlə izləyir, müdafiə nüvə strategiyasına sadiq qalır və nüvə siyasətinin uzunmüddətli sabitliyini qoruyur. Çin dünya sülhünün və təhlükəsizliyinin qorunmasında konstruktiv rol oynamağa davam edəcək", - deyə o, əlavə edib.