Yazını böyüt
Yazını kiçilt
ABŞ İrana qarşı sanksiya siyahılarına bir fiziki şəxs, 13 şirkət və 8 tankeri daxil edərək onu genişləndirib.
Hafta.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, bir neçə il İran neftinin və neft məhsullarının tədarükünə kömək edən Yunanıstan vətəndaşı Antonios Marqaritsə qarşı məhdudiyyətlər qoyulub.
Sanksiya siyahılarına Çin, BƏƏ və Marşal adalarında yerləşən hüquqi şəxslər, Panama, Kuk adaları, Honkonq, Qambiya, San-Tome və Prinsipi, Antiqua və Barbuda bayraqları ilə üzən tankerlər də daxildir.