Yazını böyüt
Yazını kiçilt
Birləşmiş Ştatlar Ukraynaya ümumi məbləği 2,6 milyard dollar olan böyük hərbi yardım paketini yekunlaşdırır. Associated Press rəsmilərə istinadən xəbər verir.
Paketə 100-ə yaxın “Stryker” döyüş maşını və ən azı 50 “Bradley” zirehli texnikası daxil ediləcəyi gözlənilir ki, bu da Vaşinqtonun fikrincə, Ukrayna qüvvələrinə cəbhə xəttinə daha sürətli və təhlükəsiz hərəkət etməyə imkan verəcək. Agentlik qeyd edir ki, eyni zamanda Ukraynanın tələb etdiyi tanklar olmayacaq.
Rəsmilər paketlə bağlı müzakirələr aparıldıqca yekun rəqəmlərin dəyişdirilə biləcəyini bildiriblər. Onlar əlavə ediblər ki, yeni yardım paketinin bu həftə ABŞ, Avropa və digər müdafiə rəhbərlərinin Almaniyada keçiriləcək görüşündə elan edilməsi planlaşdırılır.