Ad günü məclisi keçirən məktəb direktoru işdən çıxarıldı - Rəsmi

14:02 28.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda karantin qaydalarını pozaraq özünə ad günü keçirən məktəb direktoru vəzifəsindən azad edilib.

Bu barədə hafta.az-a Təhsil Nazirliyinin mətubat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib. Qeyd olunub ki, direktorun əmək müqaviləsinə bu gündən xitam verilib:

"Təhsil nazirinin müvafiq əmri ilə Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ilə bağlanmış əmək müqaviləsinə 28 dekabrdan xitam verilib".