Ağdamdan məcburi köçkün düşmüş ailələrin sayı və yaşayış yeri tam dəqiqləşdirilib

20:15 07.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdam rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı ünvanlar dəqiqləşdirilib.
Hafta.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev deyib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə siyahını tam dəqiqləşdirib: "Məcburi köçkün düşmüş ailələrin sayı, ailə tərkibi və onların məskunlaşdığı ünvanlar tam dəqiqləşdirilib, siyahı aidiyyəti quruma təqdim olunub".