Yazını böyüt
Yazını kiçilt
Ağsu rayonunda ümumi sahəsi 40 kvadratmetr olan birmərtəbəli evdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən hafta.az-a bildiriblər ki, hadisə nəticəsində ikiotaqlı evdəki əşyalar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.