Yazını böyüt
Yazını kiçilt
Jurnalistlər ötən həftə “Harpers Bazaar” tərəfindən təşkil edilən "İlin Qadınları Mükafatları"nda "Həyat Boyu İkonu" mükafatını alan məşhur müğənni, superstar Ajda Pekkana "60 illik karyeranız boyunca içinizdə qalan bir arzu oldumu" sualı verib.
Hafta.az-ın yazdığına görə, superstar bu sualı belə cavablandırıb: "Bəlkə Superstar olmazdım, amma övlad sahibi olmağı çox istərdim. Bunu gənc yaşda, həyatın, xaosun və karyeranın təlaşında görə, düşünə bilmədim... Ana olmaq mənim üçün mütləq şəkildə ürəyimdə qalan bir istəkdir”.
Bundan əlavə, Ajda Pekkan modaya böyük marağı olduğunu, əgər oxumaq üçün səhnəyə gəlməsəydi, mütləq modelyer ola biləcəyini də qeyd edib.