Al Paçino yenidən mafiya başçısı rolunda

09:34 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ustad aktyor Al Paçino mafiya başçısı kimi yenidən kinosevərlərin qarşısına çıxmağa hazırlaşır.

Hafta.az-ın “Deadline”a istinadən yazdığına görə, “The Godfather”, “The Irishman” və “Scarface” kimi unudulmaz tamaşalardakı çıxışları ilə yadda qalan Paçino “Captivated” adlı yeni kriminal filmdə baş rola imza atıb.

Hollivudda bir çox rollarla yanaşı, mafiya başçıları və qanqsterləri də uğurla canlandıran Paçino “The Godfather” filmində Marlon Brando ilə birgə çəkildiyi zaman cəmi 31 yaşında idi.

“Deadline”a görə, 84 yaşlı Paçinonun yeni layihəsi onu mafiya başçıları və qanqsterlər dünyasına qaytarır.

Böyük maraqla gözlənilən gərgin kriminal filmdə Oskar, Emmi və Qızıl Qlobus mükafatçıları Paçino, həmçinin Keti Holms və Tobi Kebbell də rol alırlar.

1973-cü ildə çəkilən film, dünyanın ən zəngin adamlarından biri olan Jan Paul Gettinin nəvəsini qaçıran Sarodan bəhs edir. Saro Mammoliti gərgin fidyə danışıqları zamanı qurbanının anasına aşiq olanda bütün təşkilatı təhlükə qarşısında qoyur.

Coy Stanton və Nik de Qraffenreyd filmin icraçı prodüseri kimi çıxış edirlər. Çəkilişlərin bu qış İtaliyada başlaması planlaşdırılır.

“Man Down” filmi ilə tanınan rejissor Dito Montiel ssenarini Robin Şuşan və Mammoliti ilə birlikdə yazıb.

Benaroya Pictures-in baş direktoru Maykl Benaroya, “Captivated” filmində əla bir filmin bütün detalları var: əla ssenari, mükəmməl aktyor heyəti və uzaqgörən rejissor.

Mammoliti əlavə edib: "Məqsədimiz 50 ildən artıqdır ki, səsi eşidilməyən bir insanın səsi olmaq və bu hekayənin heç kimin bilmədiyi bir tərəfini danışmaqdır".

Paçino çox vaxt rol aldığı ən yaxşı film seriyası sayılan “The Godfather” trilogiyasında amansız və hiyləgər Maykl Korleoneni canlandırıb.

Oxunma sayı 147