Ancelina Coli səhiyyə sistemində mövcud olan irqi bərabərsizliklə bağlı fikirlərini bölüşüb.
Hafta.az-ın “American Journal of Nursing” jurnalına istinadən yazdığına görə, 48 yaşlı Coli məişət zorakılığı qurbanlarından söz açarkən tünd dəri üzərində qançırlar aşkar edə bilən texnologiyalara diqqət çəkib. “The Salt” ulduzu məqaləsinə sağlamlıq mərkəzlərinin daha çox ağ dəriyə diqqət yetirdiyini və "çox vaxt irq və etnik mənsubiyyətə görə yaralara diqqət verilmədiyini" bildirib.
Məişət zorakılığı əleyhinə müdafiəçi olan Coli yazırıb: “Qarışıq irqli uşaqların anası kimi mən rəngli övladlarıma bəzən səhv diaqnoz qoyulduğunu, onların sağlamlıqlarının riskə atıldığını görmüşəm”.
Qeyd edək ki, Colinin 6 övladı var, onlardan üçü övladlığa götürülüb.
Coli böyük oğlu Maddoksu Kambocadan övladlığa götürüb, qızı Zahara efiopiyalı, oğlu Paks isə vyetnamlıdır.
Məşhur aktrisa şərhində tünd dərili insanlarda lazımi alətlər olmadan qançırlar aşkar etməyin nə qədər çətin olduğundan danışıb.
Qızı Zahara ilə xatirəsini paylaşan Coli yazıb: "Şəxsi bir şey, efiopiyalı qızım Zahara tibbi prosedur üçün xəstəxanaya yerləşdiriləndə tibb bacısı mənə dedi ki, kəsikləri çəhrayı rəngə çevrilərsə, ona zəng edim. Mən tibb bacısına təəccüblə baxdım, onun dediklərinin nə olduğunu başa düşdüyümə əmin deyildim", - aktrisa yazıb.
"Tibb bacısı otaqdan çıxanda qızımla danışdım və ikimiz də bilirdik ki, tibb bacısının dediklərinə deyil, öz məlumatımıza əsaslanaraq infeksiya əlamətlərini izləməliyik, baxmayaraq ki, o, bunu vicdanla demişdi", - məqalədə əlavə edib.
Coli əlavə edib ki, övladlarının "yüksək keyfiyyətli tibbi xidmətə çıxışı var, lakin irqlərinə və tibbdə ağ dərililərə verilən davamlı prioritetlərə görə sadə diaqnozlar qaçırılır".
Aktrisa öz rəyini "tibbi tədqiqat, təhsildə müxtəliflik və təmsilçiliyi" təkmilləşdirməyə böyük ehtiyac olduğunu və “yeni həlləri qəbul etməyin vaxtının gəldiyini" ifadə edərək yekunlaşdırıb.