Avstraliya İran səfiri ilə bağlı bu qərarı TƏXİRƏ SALDI

15:10 28.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avstraliya hökuməti İranda diplomatlara qarşı mümkün qisas tədbirlərindən ehtiyat edərək, İran səfirini ölkədən çıxarmaq qərarını diplomatlar və səfirlik əməkdaşları İrandan çıxana qədər təxirə salıb.

Hafta.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb. Qeyd edilib ki, bu barədə "Sydney Morning Herald" qəzeti yazıb.

Qəzet yazır ki, İranın siyasi müxalifləri, etirazçıları və xarici vətəndaşları qondarma ittihamlarla həbs etməsi beynəlxalq ictimaiyyətin narahatlığına səbəb olub, o cümlədən avstraliyalı tədqiqatçı Kayli Mur Gilbertin casusluq ittihamı ilə uzun müddət həbsdə olması bu məsələyə diqqəti artırıb.

İranın gərgin siyasi vəziyyəti, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) repressiyaları, eləcə də ABŞ səfirliyinə 1979-cu ildə edilən hücum nəzərə alınaraq, Avstraliya hökuməti diplomatların təhlükəsizliyini təmin etmək məqsədilə səfirliyi bağlamağa və bütün diplomatları İrandan çıxarmağa üstünlük verib.