Avtobus qəzaya düşdü, sürücü öldü

13:25 23.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıtda ölümlə nəticələnən yol qəzası baş verib.

Hafta.az-ın məlumatına görə, hadisə şəhərin Üzeyir Hacıbəyov küçəsində baş verib.

Şirkətlərdən birinə məxsus sərnişin avtobusu hərəkətdə olarkən sürücü idarəetməni itirərək yol kənarındakı ağaclığa girib.

Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı araşdırma aparılır.