Ayrı-ayrı ünvanlarda 6 azyaşlı xilas edilib

21:46 19.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xətai, Yasamal və Nizami rayonlarında ayrı-ayrı ünvanlarda 6 azyaşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hafta.az Nazirliyə istinadən bildirir ki, çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri azyaşlıları xilas edib və aidiyyəti üzrə təhvil veriblər.