Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub - FOTO

09:58 12.05.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Vaşinqtonda İslam Mərkəzində Müsəlman Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə beynəlxalq bazar təşkil edilib.

AZƏRTAC xəbər verir ki, ABŞ-dakı digər müsəlman ölkələrin səfirlikləri ilə yanaşı, Azərbaycan səfirliyi də beynəlxalq bazarda öz stendi ilə təmsil olunub. Bazarda Azərbaycan mətbəxinə məxsus təamlar, şirniyyatlar, əl işləri, aksessuarlar, kəlağayılar, kiçik xalçalar satışa çıxarılıb. Satışdan əldə olunan gəlir xeyriyyə məqsədilə istifadə olunacaq.

Həmçinin bazarda ingilis dilində “Azərbaycan” jurnalı ziyarətçilərə təqdim edilib, onlara Azərbaycan haqqında məlumat verilib.

Oxunma sayı 109
Mədəniyyət rubrikasından digər xəbərlər