Rusiya, Azərbaycan və Ermənistan arasındakı üçtərəfli razılaşmanı pozmağa çalışan İrəvandakı müxalif qüvvələr silahlı şəxslərin Azəbaycan vətəndaşlarına hücumlarından yararlanaraq hakimiyyəti Paşinyanın əlindən almağa çalışacaqlar.
Hafta.az xəbər verir ki, belə bir bəyanatla rusiyalı politoloq Aleksey Fenenko "Vestnik Kavkaza" portalına Xocavənd rayonunda yaşanan son təxribatlara münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, bu olay Ermənistan daxilindəki hakimiyyət uğrunda mübarizə ilə sıx bağlıdır:
"Hücum Paşinyanın növbədənkənar parlament seçkilərindən sona istefa veə biləcəyinə dair bəyanatından sonraya təsadüf etdi. İndi müxtəlif fikirlər səsləndirilir. Paşinyanı kim əvəzləyəcək? Azərbaycanla birbaşa dialoq quracaq kompromisslərə hazır olan biri, yoxsa münaqişənin yenidən hərbi fazaya qədəm qoymasını istəyən Vazgen Manukyan kimi qisasçının biri? Azərbaycan əsgərlərinə hücum Ermənistanda qisasçıların hakimiyyəti ələ almaq cəhdidir".
Rusiyalı politoloq vurğulayıb ki, Ermənistan müxalifəti hər vəchlə üçtərəfli bəyanatı pozmağa, bununla da erməni vətəndaşlarına ərazilər üçün yenidən Azərbaycanla müharibə apamağa hazır olan "vətənpərvərlər" olduqlaını isbatlamağa çalışılar: "Lakin bir az praqmatik düşünə blən hər kəs yaxşı anlayır ki, yeni müharibə Ermənistanın yeni məğlubiyyəti və bütün erməni qüvvələrinin Azərbaycan arasından qovulması ilə nəticələnəcək. Təəssüflər olsun ki, İəvanda hakimiyyət uğunda mübarizə davam etdikcə, təxribatlar və hücumlar da olacaq".