Azərbaycanda 2334 nəfər covid-19-a yoluxub, 46 nəfər vəfat edib

17:14 23.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2334 yeni yoluxma faktı qeydə alınıb, 4461 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 46 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 208 211 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 151 660 nəfər müalicə olunaraq sağalıb, 2 340 nəfər vəfat edib, aktiv xəstə sayı 54 211 nəfərdir.