Azərbaycanda son sutkada 1682 nəfər COVID-19-dan sağalıb, 633 nəfər yoluxub, 21 nəfər vəfat edib

16:56 09.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 633 yeni yoluxma faktı qeydə alınıb, 1682 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 21 nəfər vəfat edib.