Yazını böyüt
Yazını kiçilt
Bakı Ali Neft Məktəbinin stadionunda Bakıda fəaliyyət göstərən transmilli neft şirkətlərinin əməkdaşlarından ibarət İngiltərə və Şotlandiya komandaları arasında xeyriyyə futbol oyunu keçirilib.
Hafta.az-ın məlumatına görə, İngiltərə və Şotlandiya komandaları arasında 13-cüsü keçirilən bu oyundan əldə olunan vəsait Azərbaycanda xeyriyyə məqsədi ilə istifadə olunacaq.
Gərgin mübarizə şəraitində keçən oyunda İngiltərə komandası 2:1 hesabı ilə qalib gəlib.
Bu, Ali Məktəbin stadionunda keçirilən növbəti peşəkar oyundur.