Bakı-Quba yolunda ağır qəza - Ölənlər var

10:24 17.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı-Quba yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən mlumata görə, hadisə yolun Siyəzən rayonu ərazisində baş verib .

"Mercedes Vita" markalı 77-CY-723 dövlət nömrə nişanlı avtomobil Quba istiqamətinə hərəkətdə olarkən idarəetməni itirərək əks istiqmətdə hərəkətdə olan "Opel" markalı 50-DL-063 dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində Mercedesdə olan sərnişinlərdən 2 nəfər ölüb, 8 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.