Bakıda iki nəfər GÜLLƏLƏNDİ

09:30 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakının Yasamal rayonu ərazisində silahlı insident baş verib.

Hafta.az xəbər verir ki, bu gecə Bakının Yasamal rayonu ərazisində iki nəfər güllələlənib. Hadisə zamanı 1995-ci il təvəllüdlü Ceyhun Həsənov və Sənan Dünyamalıyev adlı şəxslər yaralanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Hadisənin motivləri və təfərrüatları araşdırılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq başladılıb. /"Bakupost"/