Bakıda liftdə qalan şəxs xilas edilib

13:52 12.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı müraciət daxil olub.

FHN-dən Hafta.az-a verilən məlumata görə, müraciət əsasında nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 1 xilasetmə əməliyyatı keçirilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfərə müvafiq köməklik göstərilib.