Bakıda minik avtomobili TIR-la toqquşub

11:29 20.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakı şəhəri, Ziya Bünyadov prospektindəki tuneldə yol-nəqliyyat hadisəsi baş verib.

Hafta.az xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, baş verən yol-nəqliyyat hadisəsi nəticəsində TIR və "Nissan" markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobili yolu hərəkət hissəsini aşıb.

Hadisədən sonra prospektə sıxlıq yaranıb.