Baş prokuror müşavirə keçirdi

12:59 08.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə müşavirə keçirilib.    

Baş Prokurorluğun Mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, yanvarın 8-də Baş Prokurorluqda əməliyyat müşavirəsi keçirilib.    

Rəsmi məlumata görə, müşavirə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində prokurorluq orqanları tərəfindən 2020-ci il ərzində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunub.