Basketbol millimiz Ukraynaya məğlub olub

23:12 18.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci il Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

Hafta.az xəbər verir ki, yığmamız Ukrayna ilə qarşılaşıb. 

Görüş Latviyanın paytaxtı Riqada keçirilib. Qarşılaşma Ukraynanın qələbəsi ilə yekunlaşıb - 98:34.

Xatırladaq ki, millimiz bundan əvvəlki görüşlərdə Bolqarıstana 48:141, Monteneqroya isə 62:104 hesabı ilə məğlub olub.