“Bəhramla hələ danışa bilməmişik” - Həyat yoldaşı

13:26 09.07.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bəhram Bağırzadənin vəziyyəti stabildir, hələ də reanimasiyadıdır.

Hafta.az xəbər verir ki, bunu azvision.az -a açıqlamasında Əməkdar artistin həyat yoldaşı Şəhla Bağırzadə deyib. Onun sözlərinə görə, B.Bağırzadə hazırda aparatlara qoşulu vəziyyətdədir.
"Xəstəxana çarpayısının arxası qaldırılıb otuzdurulur. Əvvəlki dövrlərlə müqayisədə vəziyyəti yaxşıdır. Onunla hələ danışa bilməmişik. Vəziyyəti barədə ancaq həkimlərdən məlumat alırıq".

Xatırladaq ki, Bəhram Bağırzadə koronavirus infeksiyasına yoluxub. O, vəziyyətinin kəskin pisləşməsi səbəbindən əvvəl müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb.

Oxunma sayı 1554