Beyləqanda zəhərlənmə - 13 yaşlı qız Bakıya gətirildi

15:26 17.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Beyləqanda 13 yaşlı qız sirkə turşusundan zəhərlənib. 

Hafta.az xəbər verir ki, G.Quluzadə səhvən sirkə turşusu içib. Ailə üzvləri dərhal onu Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

 

TƏBİB-in məlumatına görə, hadisə bu gün saat 08:00 radələrində baş verib. Zəhərlənmə şübhəsi ilə 1 nəfər azyaşlı (qadın) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 2012-ci il təvəllüdlü şəxsə dəqiqləşdirilməmiş yeyici maddələrin toksik təsiri diaqnozu təyin olunub. Pasiyent ixtisaslı tibbi yardımın göstərilməsi üçün Bakıda Respublika Toksikologiya Mərkəzinə təxliyə olunub.

Faktla bağlı araşdırma aparılır.