Biləsuvarda ağır yol qəzası - Ölən və yaralalanlar var

15:00 03.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Biləsuvar rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Hafta.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Arazbari kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, "VAZ 2107" və "Mercedes" markalı minik avtomobillərinin toquşması nəticəsində ölən və yaralalanlar var.

Hazırda faktla bağlı araşdırma aparılır.