Biləsuvarda qəza - Ölən və yaralılar var

09:21 19.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fevralın 18-də saat 19 radələrində Biləsuvar rayonu Arazvari kəndi ərazisində 1 ölüm və 7 xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən hafta.az-a bildirilib ki, baş verən qəzada 2 minik avtomobili toqquşub. Nəticədə “VAZ 21 07” markalı minik avtomobilinin sürücüsü 1949-cü il təvəllüdlü Hidayət Rzayev ölüb, 2 sərnişini və “VAZ 21 06” markalı minik avtomobilin sürücüsü və 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Araşdırma aparılır.