BioNTech xərçəng xəstəliyinin dərmanını hazırlayır

11:30 10.01.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

BioNTech-dən verilən açıqlamada, dünən San Fransiskoda keçirilən JP Morgan səhiyyə konfransında şirkətin "2024-cü il strateji prioritetləri və gəlir gözləntiləri" ilə bağlı təqdimatın ediləcəyi bildirilib.

Hafta.az-ın yazığına görə, bəyanatı şərh edən BioNTech-in baş direktoru və həmtəsisçisi professor Uğur Şahin, hazırda müxtəlif xərçəng növləri üçün qabaqcıl inkişaf mərhələsində araşdırmalar apardıqlarını və 2024-cü ilin sonuna qədər on və ya daha çox potensial təsdiqlə əlaqəli araşdırmalar etməyi hədəflədiklərini söyləyib.

Şahin, "Bu il BioNTech-də mühüm tətbiq ili olacaq, çünki biz 2026-cı ildən gözlənilən ilk onkoloji tətbiqlərimizə doğru innovativ məhsullarımızı genişləndirməyə və inkişaf etdirməyə davam edirik" deyib.

Şirkət bu il əsasən “Covid-19” peyvəndlərindən təxminən 3 milyard avro gəlir əldə etməyi hədəfləyir.

Açıqlamada, Biontech-in 2023-cü ilin sonuna qədər təxminən 17,5 milyard avro nağd pul və qiymətli kağız sərmayəsinə sahib olduğu və şirkətin “Covid-19” peyvəndlərinin satışlarının azalmasına baxmayaraq araşdırma və inkişafa sərmayə qoymağa davam edəcəyi vurğulanıb.