“Bond” serialının keçmiş canisindən yeni "007" açıqlaması

09:56 07.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Casino Royale”nin canisi Mads Mikkelsen Daniel Kreyqin canlandırdığı 007-nin taleyi ilə bağlı alternativ nəzəriyyəsini paylaşıb.

Hafta.az-ın yazdığına görə, Danimarkalı aktyor Mikkelsen Nikolas Vinding Refnin “Pusher” trilogiyasındakı rolu ilə adından söz etdirib və Daniel Kreyqin ilk “Bond” filmindəki Le Ciffr rolu ilə dünya şöhrəti qazanıb.

2006-cı ildə “Casino Royale” də 007-nin Mikkelsenin canlandırdığı cani Le Ciffr tərəfindən işgəncəyə məruz qaldığını göstərməklə “James Bond” filmlərinin sərhədlərini aşıb.

Mikkelsen də bu yaxınlarda “İndiana Cons” və “Dal of Destiny” filmlərində görünüb.

58 yaşlı aktyor televiziyada daha çox NBC-nin "Hannibal" adlı qorxu-triller serialında hannibal terapevt rolu ilə tanınır.

Bu yaxınlarda “Business Insider”ə verdiyi müsahibədə danimarkalı aktyor karyerasını, eləcə də “Bond” franşizasındakı təcrübələrindən söz açıb və son “Bond” filmində Kreyqin ölümü ilə bağlı alternativ nəzəriyyəsini irəli sürüb.

"Casino Royale"də ingilis aktyorla işləməkdən həzz aldığını bildirən Mikkelsen, 2021-ci ildə "No Time to Die" filmində Kreyqin canlandırdığı 007-nin ölümünə baxmayaraq, onu bir daha bu rolda görməyə ümid etdiyini bildirib: "Düzünü desəm, mən Danielin bir daha, bir də çəkilməsini istərdim. Bəli, mən onun filmi fərqli şəkildə bitirməsini görmək istərdim. Sual budur, elə deyilmi? Demək istəyirəm ki, bu Bonddur, məncə, o bacaracaq və istənilən vəziyyətdən çıxacaq”.

Onun yaşını, müxtəlif françayzinqləri araşdırmaq istəyini və son filmdə Bondun taleyini nəzərə alsaq, tənqidçilərin fikrincə, 55 yaşlı Daniel Kreyqin rola qayıtması çətin görünür.

Kreyqin geri dönüşü demək olar ki, qeyri-mümkün göründüyündən, növbəti Ceyms Bondun kim olacağına dair seçim tezliklə edilməlidir.