Yazını böyüt
Yazını kiçilt
Məşhur britaniyalı yazıçı Fey Ueldon 91 yaşında vəfat edib. Hafta.az “Variety”nə istinadla bildirir.
Ueldonun 30-dan çox romanı var. Yazıçının ən məşhur kitablarından biri 1989-cu ildə baş rolda Meryl Streep ilə birlikdə lentə alınan "Şeytanın həyatı və sevgisi" romanı olub.
Oğlu Ueldonun sözlərinə görə, o, Northamptondakı qocalar evində dünyasını dəyişib. Den Ueldon yazıçının ölümünün dəqiq səbəbini açıqlamasa da, bir müddət əvvəl insult keçirdiyini və səhhətində müxtəlif problemlər yaşadığını qeyd edib.
2001-ci ildə Ueldon Britaniya İmperiyasının ordeni ilə təltif edilib.