Brüs Uillisin ailəsi aktyorun sağalmaz xəstəliyinə tutulduğunu açıqlayıb

18:53 17.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hollivud ulduzu Brüs Uillisin həyat yoldaşı 67 yaşlı sənətçinin diaqnozunu açıqlayıb.
Uillisin həyat yoldaşının dediyinə görə, ərinə frontotemporal demensiya (FTD kimi tanınır) diaqnozu qoyulub.

“60 yaşdan kiçik insanlar üçün FTD demansın ən çox yayılmış formasıdır və diaqnozun qoyulması illər çəkə biləcəyi üçün FTD bildiyimizdən daha çox yayılmışdır. Bu gün bu xəstəliyin müalicəsi yoxdur. Ümid edirik ki, bu reallıq yaxın illərdə dəyişə bilər”, - Emma Heminq bildirib.

Xatırladaq ki, təxminən bir il əvvəl Brüs Uillis bir sıra kino layihələrini başa vurduqdan sonra peşəsini tərk etdiyini açıqlamışdı. Aktyorun bu qərarına səbəb nitq və idrak qabiliyyətlərinin pozulduğu afaziyanın inkişafı olub.