Bu gün Gürcüstanda Ailə Müqəddəsliyi Günü qeyd olunur

09:32 17.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ürcüstan Patriarxlığı bu gün paytaxt Tbilisidə və regionlarda Ailə Müqəddəsliyi Gününü dini yürüşlərlə qeyd edəcək.

Hafta.az-ın yazdığına görə, bayramın təsis edilməsindən bəri ötən 10 il ərzində ilk dəfədir ki, mayın 17-si rəsmi bayram olaraq qeyd edilir.

Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, belə bir bayram gününün təsis edilməsini hökumətdən Patriarxlıq xahiş edib. “Hakimiyyət razılaşıb, çünki cəmiyyət öz dəyərlərini və ənənələrini mümkün qədər qorumalı və onlarla birlikdə Avropaya doğru irəliləməlidir”, - Kobaxidze deyib.

Gürcüstanın bütün bölgələrində bu gün yürüşlər keçiriləcək. Toplama hər yerdə saat 12:00-da başlayacaq. Tbilisidə ailə müqəddəsliyinin tərəfdarları Rustaveli prospektindəki Kaşveti məbədinə çağırılır. Bütün Gürcüstanın Katolikos-Patriarxı yepiskop Şio Kaşveti məbədində ayin keçirəcək. Daha sonra toplaşanlar Müqəddəs Üçlük Katedralinə yollanacaqlar.

Patriarxlıq bütün vətəndaşları millətindən, inancından, siyasi mövqeyindən və yaşından asılı olmayaraq, ölkədəki qarışıq siyasi vəziyyətə baxmayaraq birləşməyə çağırıb.

“Biz dinc şəkildə toplaşmaqla nümayiş etdirmək istərdik ki, tariximizin, adət-ənənələrimizin, mənəvi və mədəni dəyərlərimizin qorunması bizim üçün mühüm əhəmiyyət kəsb edir və dar siyasi maraqlardan üstündür”, - çağırışda deyilir.

Tbilisi meriyası mayın 17-də keçiriləcək yürüşlə əlaqədar mərkəzdə yolların bağlanacağını əvvəlcədən elan edib. Gün ərzində bələdiyyə avtobuslarının marşrutu dəyişdirilib.

Ailə Birliyi və Müqəddəslik Günü bütün dünyada qeyd olunan Homofobiya ilə Mübarizə Günündən fərqli şəkildə qeyd olunur.

Oxunma sayı 329
Mədəniyyət rubrikasından digər xəbərlər