Bu gün peyvənd aparılmayıb

21:52 13.03.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hafta.az-a verilən məlumata görə, bu gün heç kimə peyvənd vurulmayıb.

Vurulan vaksinlərin ümumi sayı 13 951 443, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 405 069, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 879 493, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 401 118, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 267 763 nəfər təşkil edir.