Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi

15:36 12.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 15 və 16 fevral tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir.

Hafta.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Qeyd edilir ki, eyni zamanda, Bakı-Ağstafa-Bakı qatarlarımızla ənənəvi qrafiklə hər gün səhər və axşam saatlarında hər iki istiqamətə səfər edə bilərsiniz:

“Qatarların hərəkət cədvəli və biletlər haqqında əlavə məlumatları dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az), “ADY Mobile” mobil tətbiqindən, eləcə də 24/7 xidmət göstərən 1822 Əlaqə Mərkəzindən əldə edə bilərsiniz”.