Bu yolda sürət endirildi

13:17 28.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hazırda müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar olaraq paytaxtın Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Eyni zamanda DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları bütün məlumat-sürət tablolarında "güclü külək" işarəsi qoyub.

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.