Yazını böyüt
Yazını kiçilt
Büdcəyə dəyişikliklər zamanı prioritet istiqamətlər üzrə vəsaitlərin artırılması əsas hədəf olmalıdır:
Bu fikirləri hafta.az-a İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyev bildirib.
“Son 3 il işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prioritet məsələdir. Sosial sahə isə hökümət üçün həmişə aparıcı istiqamət olub. Hesab edirəm ki, prioritet sahələrdən biri də səhiyyənin keyfiyyətinin artırılması məsələsidir. Eyni zamanda, hökumət insan kapitalının inkişafı məsələsinə diqqət yetirilməlidir. Bundan başqa, hökümət sahibkarlığın inkişafı ilə bağlı olan, xüsusən də sahibkarlığın maliyyələşməsi, maliyyə mənbələrinə çıxış və. s kimi xərclərə diqqəti artırmalıdır”.