Bütün zamanlarda Türkiyədə ən çox albomu satılan müğənnilər

12:20 16.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin musiqi dünyasında ən çox albomu satılan müğənnilərin siyahısı açıqlanıb. Çox qəribədir ki, günümüzdə daha məşhur olan yeni nəsil müğənnilərdən heç birinin adı bu siyahıda yoxdur.

Hafta.az-ın yazdığına görə, siyahıya əsasən ən çox albomu satılan müğənni İbrahim Tatlısəsdir. Onun1985-ci ildə yazdırdığı “Mavi Mavi” adlı albomu 3,1 milyon ədəd satılmaqla rekord qırıb.

İkinci yerdə Coşqun Sabah gəlir. Onun 1990-cı ildə yazdırdığı “Beni Unutma/Aşığım Sana” albomu 2,7 milyon nüxsə satılıb. İlk üçlüyü Orxan Gəncəbay tamamlayır. Onun 1984-cü ildə lıentə aldırdığı “Dil Yarası” albomu 2,6 milyon tirajla bazarlara çıxıb və satılıb.

Siyahıda onluğa daxil olan sonrakı yerlər belə bölünüb: Mahsun Kırmızıgülülün 1998-ci ildə yazdırdığı “Yıkılmadım, Ayakdayım” albomu 2,6 milyon tiraj, Tarkanın 1997-ci ildə ərsəyə gətirdiyi “Ölürüm Sana” albomu 2,6 milyon tiraj, Sezən Aksunun 1991-ci ildə yazdırdığı “Gülümse” albomu 2,6 milyon nüxsə, İbrahim Tatlısəsin 1994-cü ildə yazdırdığı “Haydi Söyle” albomu 2,6 milyon tiraj, Tarkanın 1994-cü ildə yazdırdığı “Sen Aacayıpsin” albomu 2,6 milyon tiraj, İbrahim Tatlısəsin 1998-ci ildə yazdırdığı “At gitsin” albomu 2,5 milyon ədəd.

Siyahıda onluğu Sezən Aksunun 1984-cü ildə yazdırdığı “Sen Ağlama” albomu tamamlayır: 2,5 milyon tiraj.

Oxunma sayı 353