Cəbrayıl rayonunun suvarma sistemləri yaxşılaşdırılır

10:24 20.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəbrayıl rayonunun suvarma sistemləri yaxşılaşdırılır.

“Meliorasiya və Su Təsərrüfatı” ASC-dən hafta.az-a verilən məlumata görə, rayon ərazisində hidrotexniki qurğular sazlanıb, suvarma və kollektor kanalları lildən təmizlənib. Hazırda yaz tarla işləri üçün suvarma qrafiki tərtib edilərək növbəlilik prinsipinə uyğun olaraq işlər yerinə yetirilir. Cəbrayıl Suvarma Sistemləri idarəsi ümumilikdə 4809 hektar sahəyə xidmət edir.

Yem bitkiləri, taxıl, pambıq, tut bağı, çuğundur, həyətyanı və örüş sahələrindən ibarət olan bu ərazilərin su təminatı 5 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. 1 ədəd nasos stansiya rayonun Cocuq Mərcanlı kəndində 417 hektar, Füzuli rayonun Mirzənağılı və Qazaxlar kəndində isə 280 hektar sahəni su ilə təmin edir. Stansiya Araz çayından qidalanır bunun üçün uzunluğu 4,2 km olan qol Araz çayından çəkilərək stansiyaya birləşdirilib.

Oxunma sayı 33