Cəlilabadda qəza - 4 nəfər xəsarət alıb

12:18 19.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Cəlilabadda yol qəzası olub.

Hadisə köhnə Ələt–Astara magistralının Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara istiqamətində hərəkət edən “VAZ-2106” markalı minik avtomobili qarşı istiqamətdən gələn “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər xəsarət alıb və Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına hospitalizasiya olunublar.

Hadisə ilə bağlı araşdırma aparılır.apa