“Çelsi” qalib gəlib, “Liverpul” məğlub olub

22:26 22.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İngiltərə Premyer Liqasında 12-ci turun oyunları keçirilir.

Hafta.az xəbər verir ki, “Liverpul” doğma meydanda “Nottingem Forest”lə qarşılaşıb. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

“Çelsi” isə səfərdə “Börnli”ni 2:0 hesabı ilə üstələyib.

Hazırda London klubu 23 xalla ikinci pillədə qərarlaşıb. Mersisayd təmsilçisi isə 18 xalla 11-ci yerdədir. Turnir cədvəlinə 26 xalla “Arsenal” başçılıq edir.