Cennifer Eniston valideynləri ilə arxiv fotosunu nümayiş etdirib

15:44 13.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Hollivud aktrisası Cennifer Eniston İnstaqramda yeni şəklini paylaşıb. Məşhur aktrisa uşaq ikən valideynləri ilə birlikdə təsvir olunduğu fotonu yayımlayıb.

“Gözəl bir ad gününün parıltısına qərq olarkən məni yaradan iki insanı düşünürəm. Təbriklərə görə hamınıza təşəkkür edirəm”, - Aniston şəklin altına yazıb.

Cennifer Eniston bu yaxınlarda 54 yaşını qeyd edib. İzləyiciləri şəklin altındakı şərhlərdə aktrisanı təbrik ediblər.